Ukrayna prezidenti Vladimir Zelenski NATO sammitində iştirak etmək üçün iyulun 12-də Vilnüsə gələcək.
Bazar ertəsi səhər NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Vilnüs sammitində iştirakını təsdiqləyib. O bildirib ki, Ukrayna prezidenti Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcək.
O, daha əvvəl demişdi ki, Vilnüsdə keçiriləcək sammit zamanı Ukrayna NATO-ya üzv olmağa dəvət edilməyəcək, lakin alyansın qapılarının ona açıq qalacağına dair ona siqnal göndəriləcək.
O, həmçinin bildirib ki, NATO Rusiya ilə münaqişənin necə inkişaf etməsindən asılı olmayaraq, Ukraynaya uzunmüddətli hərbi yardım proqramı qəbul edəcək.
Faktmedia.az