Şimali Atlantika Müqaviləsi Təşkilatı Vilnüs sammitində bəyan edəcək ki, Kiyevin bloka potensial üzvlüyü Ukraynada gələcək islahatlardan asılıdır.
Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan deyib.
"Biz hazırda danışarkən, NATO kommünikesi, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı dil üzərində iş aparılır. Düşünürəm ki, biz Vilnüsə gedərkən müttəfiqlərin bu barədə konsensusa gəldiyini görəcəyik. Və bu, digər şeylərlə yanaşı, bu islahatlar üzərində işləməyə davam etmək üçün bir proses haqqında danışacaq", - deyə o bildirib.
Rəna Həsənova