“Bu fəlakəti öz başınıza gətirdiniz”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Əli Xamenei sosial şəbəkədə ivrit dilində yazıb.
HƏMAS-ın İsrailə qarşı Əqsa daşqın əməliyyatını dəstəkləyən İran dini lideri Ayətullah Əli Xamenei sosial media hesabında ivrit dilində yazı ilə israillilərə müraciət edib:
“Diktator sionistlər, siz 7 oktyabr məğlubiyyətinin təsirindən xilas ola bilməzsiniz”.
Əlavə olaraq, Xamenei son açıqlamasında “Əqsa daşqın əməliyyatını həyata keçirən və layihələndirən fələstinlilərin alnından öpürük” deyə bildirib.
Rəna Həsənova