Paytaxt Tehrandakı İmam Əli adına Hərbi Akademiyada İrandakı silahlı qüvvələr tələbələrinin buraxılış mərasimi keçirilib. Mərasimdə İranın dini lideri Ayətullah Əli Xamenei də iştirak edib.
Xamenei HƏMAS-ın İsrailə qarşı hücumların arxasında Tehran administrasiyasının dayandığına dair iddialarını təkzib edib. "Bu dağıdıcı zəlzələ (HƏMAS-ın hücumu) İsraildə asanlıqla təmir edilə bilməyən bəzi kritik tikililəri dağıdıb. Sionist rejimin öz hərəkətləri bu fəlakətə görə məsuliyyət daşıyır" deyən Xamneyi və əlavə edib:
"Biz İsrailə hücum etməyi planlaşdıranların əllərindən öpürük. Sionist rejim”.
Xamneyi Qəzzaya hücumların "daha böyük qəzəb selinə səbəb olacağını" deyib və davam edib: "İşğalçı rejim cinayətlərini qanuniləşdirmək üçün özünü qurban kimi göstərməyə çalışır. Bunun daha böyük nəticələri olacaq".
Xəyalə Xəlilova