Türkiyədə zəlzələ nəticəsində məşhur şəxslərdən də ölüb.
Faktmeda.az türk mediasına istinadən xəbər verir ki, Adıyamanda yaşayan Türk Xalq sənətçisi Əziz Taştan və həyat yoldaşı Özgür, qızları Nujin və Şirin zəlzələdə həyatını itirib.
Sənətçinin Adıyaman mərkəzinə bağlı Memar Sinan Yeni Mahalledəki evində olduğu öyrənilib.
Qeyd edək ki, zəlzələ nəticəsində 10 mindən çox insan həyatını itirib.
Rəna Həsənova