Xəbər verdiyimiz kimi, Türkiyə hakimiyyəti zəlzələ nəticəsində ölənlərlə bağlı matəm elan edib. Bəs Azərbaycan qardaşlıq naminə belə bir adddım ata bilərmi?
Mövzunu Faktmedia.az-a şərh edən politoloqZüriyə Qarayeva bildirib ki, Türkiyənin bir neçə vilayətini cənginə alan zəlzələ səbəbəbiylə Türkiyə dövlətinə, millətinə prezidentinə dərin hüznlə başsağlığı veririk. Dünyasını dəyişən bütün insanlara rəhmət, xəsarət alanlara acil şəfalar diləyirik:
"Azərbaycan dövləti və milləti olaraq hər zaman olduğu kimi canımızla, bacardıqlarımızla və malik olduğumuz hər cür texniki-tibbi vasitələrlə yanınızdayıq. Türkiyə dövlətinə güc-qüvvət, türk millətinə səbr və dik duruş arzulayırıq. Bu matəm türk dünyasının və müsəlman aləminin hüznüdür. Təqvimdə qeyd olunub olunmamasından aslı olmayaraq, bu bizim öz acımızdır. Bütün ruhumuzla acını hiss edirik və qardaş xalqın yanındayıq".
Qeyd edək ki, Türkiyənin 10 əyalətində baş verən təbii fəlakətdə ölən və yaralananların sayı artır. Kahramanmaraşda baş verən zəlzələlərdə 2 min 379 nəfərin həyatını itirib, 14 min 483 nəfərin isə yaralandığını bildirib. Araşdırmalar davam etdirilir.
Rəna Həsənova