Mütəxəssislər sosial anhedoniya kimi tanınan psixoloji pozulmanın evliliklərdəki məmnunluq səviyyəsini aşağı saldığını bildirirlər.
Motivasiya, həzz gözləməsi və marağın azalması ilə özünü göstərən sosial anhedoniya zamanla həyat yoldaşları arasında da uyğunsuzluğa və dağıdıcı ünsiyyətə səbəb olur.
Çox vaxt insanların sosial varlıq olduğu vurğulanır. Ancaq bəzi insanlar sosial əlaqələrə daha az maraq göstərirlər. Bəzi şərhlərə görə, bu insanların "mənsub olmaq ehtiyacları" daha azdır. Bu vəziyyət sosial anhedoniya ilə əlaqələndirilir. Ancaq anhedoniya introvert olmaq və ya sosial narahatlıq keçirməklə eyni deyil. Sosial anhedoniyası olan insanlar sosial qarşılıqlı əlaqədə olmaqdan çəkinirlər, çünki onlara bu maraqlı gəlmir.
Əslində iki növ anhedoniya var. Fiziki və sosial anhedoniya.
Birincisi, insanın başqa bir insanın fiziki toxunuşundan və ya yeməyin dadı kimi hisslərdən həzz ala bilməməsi ilə özünü göstərir. İkincisi isə fərdlərin başqa insanlarla ünsiyyətdən qaçması və zövq almaması ilə nəticələnir.
Xəyalə Xəlilova