Avropa İttifaqı Fələstinə 199 milyon avroluq yardım paketi göndərib.
Faktmedia.az xəbər verir ki, İttifaq keçən il də Fələstinə 296 milyon avro dəyərində yardım ayırıb.
Son illər bu ölkəyə ayrılan yardımlar azaldığı səbəbindən müəyyən çətinliklər hökm sürür.
Göndərilən humanitar və maddi yardımlara görə Fələstin prezidenti Avropa İttifaqına təşəkkür edib.
Qeyd edək ki, bundan əlavə “Paris İqdisadi Protokulu”na əsasən İsrail hökuməti də hər il Fələstinə 2 milyard dollar ödəyir. Amma bütün bunlara baxmayaraq, Fələstində insanlar hələ də çətin vəziyyətdə yaşayırlar.
Sevinc Hüseynova