İsrail hava limanında qəribə hadisə baş verib. Belçikaya səyahət etməyə hazırlaşan cütlük körpəsi üçün bilet almağı unudub.
Faktmedia.az xəbər verir ki, buna görə də valideynlər körpəni hava limanında piştaxtaya qoyub təyyarəyə minməyə tələsiblər. Hava limanı əməkdaşları onları geri qaytarmasa, cütlük körpəni orada qoyub səyahət edəcəkdi. Əməkdaşlar bu cür vəziyyətlə ilk dəfə qarşılaşdıqlarını bildiriblər.
Təhlükəsizlik işçiləri körpənin valideynlərinin təyyarə minməsinin qarısını alaraq onları sorğu-suala tutublar. Onlar təyyarəyə gecikdikləri üçün tələsib körpəni unutduqlarını bildiriblər. Cütlüyün uçuşunun baş tutub-tutmadığı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, hadisə İsrailin Ben Qurion hava limanında yaşanıb.
Sevinc Hüseynova