Belçika Kiyevə silah tədarükünü davam etdirəcək.
Faktmedia.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Ludivine Dedonder cümə günü “Le Soir” qəzetinə müsahibəsində deyib.
“Belçika Ukrayna tərəfinin cavabını gözləyənə qədər Ukraynaya hərbi yardımı dayandırmayacaq. Belçika iyunun 15-dək Ukraynanın bu hücum üçün silahlarından istifadə etməsi ilə bağlı suallara cavabını gözləyir. Tədarük edilən hər bir silah göndərişinə əlavə edilmiş sənəd var ki, onlar yalnız Ukrayna ərazisinin müdafiəsi üçün istifadə olunmalı, başqa dövlətlərə hücum etməməlidir, həmçinin insan hüquqlarına və beynəlxalq normalara hörmət edilməlidir”, - deyə nazir əlavə edib.
Xəyalə Xəlilova