Fransa Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə və Ukraynaya hərbi texnika tədarükünü artırmağa hazırlaşır.
Faktmedia.az xəbər verir ki, şənbə günü axşam ölkənin təhlükəsizlik və milli müdafiə şurasının iclası zamanı Fransa prezidenti Emmanuel Makron açıqlayıb.
Bundan əlavə, o, milli səviyyədə Rusiya ictimai xadimlərinin "maliyyə aktivlərinin dondurulması üçün tədbirlər" görməyə qərarlıdır.
Prezident administrasiyasından bildiriblər ki, “Ukrayna hakimiyyətinə əlavə hərbi texnika tədarükünün təşkili və yanacaq yardımı haqqında” qərar da qəbul edilib.
Xəyalə Xəlilova