Ukraynada Kahovka bəndinin dağılması böyük fəsadlar törədib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
O bildirib ki, Ukraynadakı Kahovka bəndinin dağılması böyük dağıntılara və insanların iztirablarına səbəb olub:
“ Bu, həmçinin şiddətli daşqınlara, icmaların yerdəyişməsinə və ətraf mühitə ziyan vurub".
Qebreyesus, ÜST-nin su ilə yoluxan xəstəliklərə qarşı profilaktik tədbirlər çərçivəsində səlahiyyətlilərə və tibb işçilərinə dəstək olmaq üçün tədbirlər gördüyünü bildirib:
"Komandalarımız sahədədir və zərər çəkənlərə dəstək olmaq üçün daim sağlamlıq ehtiyaclarını yoxlayır”.
Bəsti Məmməd