Haitidə şiddətli yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ilk təsbitlərə görə 15 nəfər həyatını itirib, 8 nəfər isə itkin düşüb.
Haiti Mülki Müdafiə Agentliyinin məlumatına görə, daşqın səbəbindən 13,400-ə yaxın insan evlərindən təxliyə edilib.
Bildirilib ki, güclü yağışların yaratdığı sel və torpaq sürüşmələrində 7400-dən çox evə ziyan dəyib.
Qeyd edək ki, 2016-cı ildə Haitidə "Metyu" qasırğası nəticəsində 800-dən çox insan həlak olub.
Xəyalə Xəlilova