Misirin paytaxtı Qahirədə qum fırtınası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Süveyş kanalında da təsirli olan nəhəng qum fırtınası həvəskar kameralara əks olunub.
Misirin paytaxtı Qahirəyə qum fırtınası düşüb. Şəhərin mərkəzindəki reklam lövhəsi fırtınanın gücündən aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb. Kanaldakı gəmilərdən qeydə alınan görüntülərdə nəhəng qum fırtınasının səmanı bürüdüyü anlar kameraya əks olunub.
Xəyalə Xəlilova