Türkiyədə qadın 175 hündürlükdə kanatda qalıb.
Şəhər mərkəzinin Balıkçılar kəndində yaşayan Songül Azaklı çay bağçası ilə yol arasında çəkilmiş 300 metr uzunluğunda polad kəndirlərin üzərinə qoyulmuş primitiv kanat səbətinə minib. Təxminən 100 metr irəlilədikdən sonra kanat vaqonunu hərəkət etdirən polad ipin qırılması səbəbindən təxminən 175 metr hündürlükdə asılı vəziyyətdə qalıb.
Vəziyyəti görən ətrafdakı insanlar polisə və Rize Afət Təcili Yardım İdarəsinə məlumat verib.
Qadın xilas edilib və heç bir xəsarət almayıb.
Xəyalə Xəlilova