Hindistanın Odişa ştatında iki qatarın toqquşması nəticəsində azı 50 nəfər ölüb, 350 nəfər yaralanıb,
Faktmedia.az xəbər verir ki, "Times" qəzeti yazır.
Əvvəlki məlumatlarda ölənlərin sayının 30 olduğu, 200-ə yaxın insanın yaralandığı bildirilirilib.
Hadisə cümə günü axşam saatlarında Odişanın Balasore şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, Banqalordan Kəlkütəyə gedən sərnişin qatarı yük qatarı ilə toqquşaraq qismən relsdən çıxıb. Bir neçə vaqon qonşu relslərə çıxıb və onları Kolkatadan Çennaya gedən Coromandel Express qatarı vurub. Hadisə yerində xilasetmə işləri aparılır.
Xəyalə Xəlilova