Saatlı rayonunda hamilə qadını döyüb bıçaqla xəsarət yetiriblər.
Faktmedia.az xəbər verir ki, hadisə rayonun Orta Muğan kəndində qeydə alınıb.
Belə ki, müharibə iştirakçısı Təbriz Orucov anası Kəsirə Orucova və qardaşı Pərviz Orucovla birləşib hamilə qadına qarşı şiddət göstəriblər. Onu ölümcül döyüblər, balta ilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetiriblər.
Hadisədən sonra qadın Təcili Tibbi Yardım vasitəsi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Havar Şəfiyeva