Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında 24 saatlıq atəşkəs razılaşması imzalanıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sudan ordusu ilə HDK arasında qarşıdurmaların dayandırılması üçün Ciddə şəhərində keçirilən görüşlər ABŞ və Səudiyyə Ərəbistanının himayəsi altında keçirilib:
“Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar Sudan ordusu və QHT nümayəndələrinin Sudan boyu 24 saatlıq atəşkəs razılaşmasına nail olduqlarını elan ediblər”.
Qeyd edək ki, atəşkəs iyunun 10-da yerli vaxtla saat 06:00-da qüvvəyə minəcək.
Xəyalə Xəlilova