Avropanın ən böyük meyvə və tərəvəz tədarükçüsü olan İspaniya tarixinin ən isti baharını yaşayıb.
Faktmedia.az xəbər verir ki, göllərin quruduğu və kənd təsərrüfatının mümkün olmadığı ölkədə hökumət Aİ-dən maliyyə yardımı istəyib.
Bildirilib ki, Avropa, xüsusilə İngiltərə, qida üçün həyəcan vəziyyətindədir.
Aşağıdakı üç izahat göllərin quruduğu və kənd təsərrüfatının qeyri-mümkün olduğu ölkədə vəziyyəti ortaya qoyur:
- İspaniya Meteorologiya İdarəsinin sözçüsü Ruben Del Compo: “2022-ci ildə qeydə alınan səth sularının temperaturu 1940-cı ildən bəri ən yüksək səviyyədədir.”
- Samuel Reyes, Kataloniya Su Agentliyinin rəhbəri: "Son 100 ilin ən pis dövrünü yaşayırıq."
-Fermerlər ittifaqı COAG: "İspan əkin sahələrinin 60 faizi geri dönməz ziyana səbəb olan yağış çatışmazlığından əziyyət çəkir."
Xəyalə Xəlilova