Nasist lider Adolf Hitlerin 1889-cu ildə doğulduğu evdə polis təlimi keçiriləcək.
Faktmedia.az xəbər verir ki, Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau Am Inn-dəki ev polis məmurlarına insan hüquqları üzrə təlimlər keçirmək üçün istifadə olunacaq.
Hökumətin evlə bağlı planları ölkədə müzakirə obyektinə çevrilib.
Bəzi avstriyalılar evin neonasistlər üçün mərkəzə çevrilməməsi üçün sökülməsini istəyir, digərləri isə sökülmənin Avstriyanın keçmişinin inkarı olacağını iddia edir.
Digər qrup isə evin xeyriyyə məqsədi ilə istifadə olunmasını istəyir.
Bəsti Məmməd