Xalq artisti Faiq Ağayevin sosial şəbəkədə yazdığı rəy gündəm olub.
Faktmedia.az xəbər verir ki, xalq artisti paylaşımlardan birinə yazdığı rəydə Hitlerin "Mənim savaşım” kitabını Azərbaycan dilinə tərcümə edən şəxsin cəmiyyətdə uzaq olmasının daha yaxşı olduğunu bildirib:
“Hitlerin "Mənim savaşım” kitabını tərcümə edib Azərbaycan gəncliyinə sırıyanın cəmiyyətdən uzaq olması, həbsdən çıxmamağı yaxşı olar”.
Qeyd edək ki, sözügedən əsəri Azərbaycan dilinə hazırda həbsdə olan Xural Yayınları MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı tərcümə edib.
Xatırladaq ki, Ə.Zeynallı Hitlerin "Mənim savaşım" kitabını Azərbaycan dilinə tərcümə edərək, 2004-cü ilin noyabrında kitab şəklində nəşr etdirmişdi.