ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpin ilə qısa müddətdə danışmaq istəyir.
Faktmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti Si Tsinpinlə tezliklə danışmağı planlaşdırır:
“Bununla belə, Bayden belə bir əlaqənin dəqiq nə vaxt baş verə biləcəyini söyləməkdən çəkinib. O, Çinin Vaşinqton, Kanberra və Londonun AUKUS ortaqlığı çərçivəsində Avstraliyaya nüvə sualtı qayıqlarının verilməsi ilə bağlı yeni açıqlamasını Çinə qarşı təcavüz kimi qəbul etməyəcəyini bildirib”.
Bundan əlavə, ABŞ prezidenti Sunakın dəvəti ilə Şimali İrlandiyaya səfər etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan demişdi ki, Bayden və Si Cinpinq arasında yeni söhbətin tarixi hələ təyin olunmayıb.
Bəsti Məmməd