ABŞ prezidenti Co Baydenin administrasiyası kəşfiyyat agentliklərinin əcnəbilərə casusluq etməsinə icazə vermək niyyətindədir, Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib.
Faktmedia.az xəbər verir ki, onun sözləri Ağ Evin saytında yer alıb.
Sullivan vurğulayır ki, Ağ Ev milli kəşfiyyat agentliklərinə ABŞ-dan kənarda xarici vətəndaşların elektron nəzarətini həyata keçirmək hüququ verən Xarici Kəşfiyyata Nəzarət Qanununun 702-ci maddəsini dəstəkləyir.
"Bu hüquq amerikalıları hər gün müdafiə etməyə davam edən əvəzsiz bir vasitədir" deyən prezident müşaviri və əlavə etdi ki, bu qanun Çin və Rusiyadan gələn təhdidlərə tez cavab verməyə imkan verir.
Bundan əvvəl ABŞ və müttəfiqlərinin kəşfiyyat xidmətlərinin Rusiyanın nüvə arsenallarına nəzarəti gücləndirdiyi bildirilirib.
Havar Şəfiyeva