ABŞ Rusiya ilə razılaşır ki, nüvə müharibəsinə başlaması yolverilməzdir.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
“Biz, şübhəsiz ki, cənab Rusiya Prezidenti Vladim Putinin Ukraynada və ya düzünü desək, başqa yerdə taktiki nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət görmədik”, - amerikalı siyasətçi deyib.
Kirbi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nüvə müharibəsinin başlanmasının qeyri-mümkün olduğu və bu müharibədə qaliblərin olmayacağı ilə bağlı son bəyanatlarını xatırladıb.
“Açığını deyim ki, bu məsələdə onunla razılaşırıq”, o, yekunlaşdırıb.
Havar Şəfiyeva