Türkiyənin yerli avtomobil markası olan “TOGG”un ilk nümunəsi Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılıb.
Faktmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobil Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana Prezident Külliyesində təşkil edilən mərasimlə hədiyyə edilib.
Türkiyə Prezidenti “TOGG”un ilk nümunəsinini sevinclə qarşılayıb.
“Türk əsrinin ilk bəhrələrindən biri olan “TOGG” bütün millətimizə xeyirli olsun”, - deyə Ərdoğan bildirib.