Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin müavini və müdafiə naziri Jakob Ellemann-Jesen yerli mediaya ordunun potensialını artırmaq üçün qadınlar üçün hərbi xidmətin icbari edilməsi planını açıqlayıb.
Ellemann-Jesen qadınların silahlı qüvvələrə daxil edilməsinin ölkənin NATO tələblərini yerinə yetirməsinə kömək edəcəyini, qadınların olması isə ordu üçün “faydalı” olacağını deyib.
Hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilər, kişilər isə püşkatma sistemi ilə çağırıldığı təqdirdə qanuni olaraq maksimum 4 ay xidmət edə bilərlər.
Zeynəb Müzəffərli