Tehran cəza çəkən şəxslərin vətənlərinə qaytarılması ilə bağlı Vaşinqtonla əldə olunan razılaşmaya əsasən, ABŞ-la məhbusların mübadiləsinə hazırdır.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Çafi təsdiqləyib.
“ABŞ ilə məhbus mübadiləsinə hazırıq. Keçən ilin martında tərəflər bu məsələ ilə bağlı yazılı saziş imzalayıblar ki, bu da Amerika rəsmisi tərəfindən imzalanıb”, - diplomat xatırladıb. O qeyd edib ki, təşəbbüsün faktiki həyata keçirilməsi yalnız siyasiləşmə olmadığı halda mümkündür.
Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin ABŞ-ın Tehranın nüvə silahı əldə etməməsi üçün İranla bağlı problemlərin diplomatik həll yollarını axtarmaq niyyətində olduğunu bildirərək, Vaşinqtonun iranlıların belə silahlara sahib olmasına heç vaxt icazə verməyəcəyini bildirib.
Havar Şəfiyeva