Türkiyəli müğənni Melike Şahin martın 10-da "Volkswagen Arenada" verəcəyi konsertdən əldə etdiyi gəliri zəlzələdən əziyyət çəkən insanlara bağışlayacaq.
Faktmedia.az xəbər verir ki, sənətçi zərər çəkmiş bölgədə yaşamağa davam edən və ya başqa əyalətlərə köç etmək məcburiyyətində qalan qadınlara və onların uşaqlarına orta və uzunmüddətli dəstək vermək üçün işlərini davam etdirdiyini açıqlayıb.
Konsertlə bağlı açıqlama verən sənətçi “İnşallah bu konsert, bu görüş bizə bir xeyir verəcək; Bu çətin vaxtlarda bir az nəfəs almağa imkan verər” deyə bildirib.
Rəna Həsənova