"Mən fəlakət bölgəsindəyəm. Burada hər kəs çətin vəziyyətdədir. Kahramanmaraş və Adıyaman bölgələrində mən və komandam ilə koordinasiyada işləyirik. Kömək etmək istəyənlər və ya ehtiyac siyahılarında olan materialları göndərə bilərlər".
Faktmedia.az xəbər verir ki, zəlzələdən sonra fəlakət bölgəsinə gedən müğənni Mahsun Kırmızıgül deyib.
"Adıyamanda insanlar gecəni küçələrdə keçirir. Minlərlə insan yaxınlarından səs və ya xəbər gözləyir. Çox emosional səhnələr, filmlər çəkdiyimi düşünürdüm. Ancaq heç vaxt məni ürpədən, parça-parça edən faciə ilə rastlaşmamışam. İnanın ki, həyatımda şillə ilə vuruldum", - deyə müğənni bildirib.
Həyatımın silləsini aldım deyən sənətçi izləyicilərinə çağırış edib.
Bəsti Məmməd