Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ bölgəsində görülən işlər barədə açıqlama verib.
Bu barədə qurumun “Twitter” hesabında paylaşım edilib.
Faktmedia.az xəbər verir ki, “65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparılan işlərə dəstək verir.
Gənclər və İdman Nazirliyinin yataqxanalarında 48 416 vətəndaş yerləşdirilib. Yataqxanada 34 084 boş çarpayı mövcuddur”, - deyə paylaşımda qeyd edilib.