Kahramanmaraşda zəlzələdə böyük ziyan görən metal fabriki uçub.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, zavoda məhsul istehsal etmək üçün daxil olan işçilər tavan və sütunların uçması nəticəsində dağıntılar altında qalıb.
Hadisə nəticəsində 1 fəhlə həyatını itirib, 4 işçi isə yaralanıb.
İddialara görə, iş yeri sahibi bəzi işçiləri malı çıxarmağa çağırıb və “gəlməsən, işdən çıxarılacaqsan” deyə hədələyib.
Bəsti Məmməd