“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Avropa sənayesinin rəqabət qabiliyyətini azaldır və Aİ ölkələrinin əhalisini yoxsullaşdırır”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Rusiyanın Çindəki səfiri İqor Morqulov Çinin “Huanqiu Shibao” qəzetinə müsahibəsində bildirib.
Morqulov hesab edir ki, 2008-ci il maliyyə böhranı zamanı olduğu kimi, ABŞ dolların monopoliyasından və maliyyə bazarındakı məcburetmə siyasətindən istifadə edərək, böhranın əvəzini başqa ölkələrə ödəməyə məcbur edir:
"ABŞ maliyyə və iqtisadi sanksiyaları Avropanı Rusiyadan uzaqlaşdırır və avropalıları ABŞ və Kanadadan bahalı LNG və xam nefti almağa məcbur edir. Bu, Aİ sənayesinin rəqabət qabiliyyətini azaldır və əhalisini yoxsullaşdırır".
Bəsti Məmməd