Rusiya prezidenti Vladimir Putin əcnəbilərlə ilk hərbi xidmət müqaviləsinin bir il müddətinə imzalanmasını nəzərdə tutan fərman imzalayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, fərman hüquqi məlumatların rəsmi internet portalına yüklənib.
Fərmana əsasən, sıravi və çavuş kimi hərbi xidmətə çağırılan əcnəbilərlə ilk hərbi xidmət müqaviləsi on iki ay müddətinə bağlanacaq. Əvvəllər Rusiya qanunvericiliyi beş il müddətinə müvafiq müqavilələrin bağlanmasını nəzərdə tuturdu.
Qeyd edək ki, ötən ilin payızında Putin Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış əcnəbilərə sadələşdirilmiş qaydada - yaşayış icazəsi təqdim etmədən və ya məcburi beş illik yaşayış kvalifikasiyası tələbinə əməl etmədən Rusiya vətəndaşlığını almağa icazə verən fərman imzalayıb.
Bəsti Məmməd