"Bundan əvvəl Paşinyan tamamilə başqa bəyanatlarla çıxış edirdi və deyirdi ki, xalqın əksəriyyəti məni dəstəkləyir, hətta II dəfə parlament seçkilərini keçirəndə də onun partiyası səs çoxluğu ilə uğur qazandı. İndi Brüssel danışıqlarından sonra görünür Paşinyan təzyiqlərlə üžləşdi və çox güman ki, özünü sığortalamaq istəyir".
Bunu Faktmedia.az-a politoloq Fikrət Sadıqov Paşinyanın son günlər xalqı ilə bağlı verdiyi açıqlamalara münasibət bildirən zaman deyib.
"Yəni ya Azərbaycanla sazişə imza atmamaq üçün istefa vermək istəyir, ya da sazişə imza atacağı üçün bəri başdan xalqa xəbərdarlıq kimi bəyan edir ki, mən məcburiyyət qarşısındayam və bu sazişə imza atmalıyam". Bütün hallarda biz ona Brüssel danışıqlarında qaldırılan məsələlərin icra olunması ilə bağlı öz təzyiqimizi davam etdirməliyik. Cünki, bizim Naxçıvanla yolumuz açılmalıdır, qeyri-qanuni hərbi dəstələr Qarabağdan çıxarılmalıdır, eyni zamanda Ş. Mişel dediyi Azərbaycan əsirləri Azərbaycana qaytarılmalıdır. Bunun başqa bir çıxış yolu yoxdur".
Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan xalqı haqqında belə deyib:
“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bir sıra praktik və psixoloji problemlər üzündən Ermənistan cəmiyyəti üçün bu ismarışı həzm etmək asan deyil".
Rəna Həsənova