"Laçın-Xankəndi yolunda buraxılış məntəqəsinin təsis olunması bir sıra məsələlərin həlli ilə bağlıdır. Biz bununla ilk növbədə silah-sursatın öz torpağımızla Qarabağa daşınmasının qarşısını alırıq".
Bunu Faktmedia.az-a politoloq Fikrət Sadıqov deyib. Politoloq əlavə edib ki, eyni zamanda biz ora gedənləri ciddi şəkildə yoxlamalıyıq:
"Fransanın prezidentliyə namizəd olan hansısa bir şəxsinin və yaxud şəxslərinin ora getməsinə razı olmayacağıq. Qarabağ Azərbaycanın ərazisidir, torpağıdır. Bundan sonra biz bu yolu faktiki olaraq öz nəzarətimizə götürürük. Heç kəs bunu şübhə altına almamalıdır. Doğrudur, bir sıra xarici qüvvələr, ABŞ Dövlət Departamenti bəyanatla çıxış etdi. Mən hesab edirəm ki, bu bəyanat kifayət qədər zəif bir bəyanatdır. Onlar sadəcə olaraq narahatlığını bildirir, yəni orada etiraz sözü yoxdur. Biz bundan əvvəl də bir neçə dəfə sübut etmişik ki, orada bizim məntəqələrimizin olması heç bir narahatçılığa səbəb olmamalıdır və biz bundan sonra da ardıcıl şəkildə belə addımlar atacağıq".
Rəna Həsənova