"ABŞ Dövlət katibi Blinkenin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra bu ay ərzində intensiv görüşlərin keçiriləcəyi gözlənilən idi. 14 mayda Avropa İttifaqının vasitəçilyi ilə Brüsseldə, daha sonra Kişinyovda, o cümlədən də bu ayın sonuna qədər Moskvada belə görüşlərin keçiriləcəyi ilə bağlı məlumatlar var. Brüssel görüşünün məqsədi bir tərəfdən Vaşinqton görüşlərindən sonra Brüssellin yenidən fəallığını artırmağa çalışması ilə bağlıdırsa, digər bir məqsədi də ABŞ-da keçirilən görüşlərdə əldə olunan razılaşmaların daha da irəliyə aparılmasından ibarətdir. Onsuz da əvvəldən də Brüsseldə aparılan danışıqlar məhz elə ABŞ-ın patronajlığı ilə baş tuturdu. Hər Brüssel görüşündən əvvəl biz dəfələrlə ABŞ dövlət katibi Entoni Blinkenin Bakı və İrəvana telefon zənglərinin şahidi olmuşduq".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib
Azərbaycan olaraq biz istənilən platformada görüşlərə hazır olduğumuzu dəfələrlə bildirmişik. Çünki ortada üçtərəfli bəyanat və bizim təqdim etdiyimiz 5 baza prinsipdən ibarət sülh sənədi var və bütün danııqlar da məhz bu sənədlər əsasında aparılır. Məlumdur ki, Azərbaycan tərəfi olaraq biz tezliklə delimitasiya və demarkasiya məsələlərinin həll olunmasında, erməni əsilli vətəndaşların inteqrasiya prosesinin sürətləndirilməsində maraqlıyıq. Ayın 14-ə palnlaşdırılan görüşdə də bizim mövqelərimiz dəyişməz olaraq qalacaq. Yəni söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, ərazilərimizdən erməni hərbi brləşmələrinin çıxarılmasını, o cümlədən də işğal altında olan 7 kəndimizin geri qaytarılmasını əks etdirən müvafiq sənədlərin qəbul olunmasından gedir. Əgər ermən tərəfi həqiqətən də sülhdə maraqlı olacaqsa o zaman Azərbaycanın şərtlərini qəbul edərək bu istiqamətdə konkret addımlar atcaq. Yox əgər yenə də ənənəvi olaraq sülhdən imtina mövqeyi sərgiləyəcksə o zaman Azərbaycanın da birtərəfi qaydada beynəlxaq birliyin tanıdığı sərhədlər daxilində öz sərhədlərini möhkəmləndirməsindən, işğal altında olan kəndlərimizin geri qaytarılması və erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması üçün hərbi əməliyyatlar keçirməkdən başqa yolu qalmayacaq. Bunu həm Ermənistan, həm də danışıqlar prosseində vasitəi qismində iştirak edən tərəflər nə qədər tez anlasalar bir o qədər yaxşı olar".
Politoloq Türkiyədə keçiriləcək prezident seçkilərinə də münasibət bidirib:
"Heç şübhəsiz ki, Türkiyədə mayın 14 də keçiriləcək seçkiləri 2023-cü il üçün dünyanın ən mühüm siyasi hadisələrindən biri olacaq. Türkiyədəki seçkiləri Azərbaycan cəmiyyəti də maraqla izləyir. Dost və qardaş ölkə olaraq bizlər təbii ki, Türkiyənin hazırkı siyasi kursu davam etməsini istəyirik. İstəyimiz AKP hakimiyyətinin qarşısına qoyduğu hədəflərə doğru fəaliyyətini davam etdirərək, Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsi sırasına çıxması, yerləşdiyi regionun lideri olmaqla yanaşı dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəlməsindən ibarətdir. Çünki Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir.
Türkiyə hal-hazırda qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib və onun bu statusu qoruyub saxlayaraq inkişaf etdirməsi lazımdır. Ərdoğan hakimiyyəti dövründə Türkiyə təbii olaraq çox işlər görüb. Son 20 il ərzində istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də xidmət sahəsində olduqca böyük yol qət edilib. Aparılan islahatlar, həyata keçirilən layihələr isə göz qabağındadır. Ancaq görülmüş bütün bu işlərə baxmayaraq dünyanı cənginə almış iqtisadi böhran Türkiyədən də yan keçməyib, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, təbii fəlakət nəticəsində ölkənin alıtda birində yaşanan əlavə problemlər və s. səbəblər AKP hakimiyyətinin nüfuzuna müəyyən qədər zərbə vurur və bu amil də səsvermədə müəyyən rol oynayacaqdır.
İndiki vəziyyətdə sosioloji sorğuların nəticələri "Cümhur İttifaqı" ilə "Millət ittifaqı" arasında xüsusi böyük fərq olduğunu göstərmir. Məlumdur ki, həm cənab Ərdoğanın, həm də Kılıcdaroğlunun oturuşmuş elektorat bazası var və istənilən problem onların rəyini dəyişmir. Sosioloji sorğulardan məlum olur ki, hər iki namizədin və eləcə də onları dəstəkləyən siyasi partiyaların ayrı–ayrılıqda 40 faiz civarında oturuşmuş elektoratı var. Məhərrəm İncənin seçki marafonundan çəkilməsindən sonra onun səslərinin də əsasən iki namizəd arasında bölünəcəyi gözlənilir.
Sadalananları nəzərə alaraq deyə bilərəm ki, seçkilərədə ikinci turun olma ehtimalı böyükdür. Biz təbii olaraq Azərbaycan-Türkiyə münasibətlərində, Türk dövlətlərinin bir araya gəlməsində və nəhayət 44 günlük Vətən müharibəsindəki qətiyyətinə görə qalib kimi Ərdoğanı görmək istəyirik. Amma istənilən halda son sözü türk milləti deyəcək və iradəsini seçkilərdə ortalığa qoyacaq".
Rəna Həsənova