"Ermənistan tərəfi həmişə danışıqlar ərəfəsində sərhəd zonasında təxribatlar törədib. Bu artıq Ermənistan siyasətinin bir ənənəsinə çevrilib. Bu dəfə də danışıqlar ərəfəsində təxribat törətməklə Azərbaycanı günahlandırmaq, təcavüzkar bir tərəf kimi qələmə vermək istəyirlər".
Bunu Faktmedia.az-a politoloq Fikrət Sadıqov deyib.
Politoloq əlavə edib:
"Maraqlıdır ki, danışıqlarda bizə qarşı hansı ittihamları irəli sürəcəklər.Sözsüz ki, Azərbaycan tərəf ermənilərə adekvat cavab verir, amma bu təxribatların törədilməsinə baxmayaraq biz sülhün bərqərar olunmasına nail olmaq istəyirik. Bizim mövqeyimiz ədalət, beynəlxalq hüquq prinsipləri və regionda stabilliyin yaranmasıdır. Bu istiqamətdə bundan sonra da bizim hücumedici addımlarımız bütün sahədə öz əksini tapacaq".
Rəna Həsənova