"Ermənistanın 2 ildən artıqdır ki, sülh prosseslərindən yayınması, silahlanması, geosiyasi nizamlı formalaşması Azərbaycana qarşı hücum əməliyyatları planına malik olduğunu sübut edir".
Bunu Faktmedia.az-a politoloq Məhəmməd Əsədullayev bildirib.
"Ötən günlərdə də Ermənistanın Azərbaycanla sərhəd istiqamətində mühəndis- istehkam işləri aparması, artilleriya vasitələri yerləşdirməsi üçün mövqe Azərbaycana qarşı hücum cəhdinin tərkib hissəsidir. Göründüyü kimi Azərbaycan tərəfi heç bir mühəndis- istehkam işləri aparmayıb, sadəcə post olaraq ərazidə dayanıb. Həmçinin Ermənistanın apardığı mühəndis-istehkam işlərinə qarşı, göründüyü kimi 50 nəfər Ermənistan hərbiçisinə qarşı mülki maşında 4 nəfər Azərbaycan hərbiçisi sadəcə danışıqlar aparmaq üçün gedir. Amma Ermənistan tərəfi təxribatlara əl atır. Təxribatda Ermənistan tərəfi hücum həyata keçirməklə Azərbaycan postlarını geri çəkilməyə məcbur etmə əməliyyatlarına başlamışdır. Amma Azərbaycanın preventiv tədbirləri bunun qarşısını aldı. Ümumiyyətlə Ermənistan tərəfi həm Rusiyanın, həm də İranın təhriki ilə bu addımları atır, sülh prosseslərindən yayınır. Ötən gün baş verənlər Ermənistan tərəfin Vaşinqtonda gözlənilən görüşü sabotaj edən çox ciddi təxribatıdır. Göründüyü kimi baş verən bütün bu prosseslərdə maraqlı tərəf ermənistandır", - deyə bildirib.
//Rəna Həsənova