İranın Azərbaycana qarşı düşməncəsinə davranışı ikinci Qarabağ müharibəsindən sonra hələ də davam edir. Azərbaycanla sərhəd üzərindən hərbi təyyarənin keçməsi bunu bir daha sübut etdi".
Bunu Faktmedia.az-a politoloq Məhəmməd Əsədullayev deyib. O bildirib ki, Azərbaycan tərəfi rəsmi nota verib:
"Düşünürəm ki, İran tərəfi bu notaya cavab verməyəcək. İran Azərbaycana qarşı yeni bir cəbhə açıb. Biz İrandan hansısa bir diplomatik jest gözləməməliyik. Problemlər birbaşa Tehrandan qaynaqlanır. Ümumiyyətlə İranın notaya cavabı bizə artıq maraqlı deyil. Orada səfirliyimizə qarşı törədilən terror aktı, Azərbaycana qarşı hərbi kəşfiyyatlar, idealoji, siyasi və hərbi təzyiqlərlə İran ölkəmizə qarşı qeyri-konstruktiv siyasət ortaya qoyur və bunu inkişaf etdirir. Biz cavab tədbirləri həyata keçirməliyik. Azərbaycanın Türkiyə, Pakistan, B.Britaniya, İsrail kimi strateji müttəfiqləri var. Göründüyu kimi prosseslər yeni mərhələyə keçir və İran tamamilə aqressivləşir. Hesab edirəm ki, İrana qarşı İsrail hərbi əməliyyatlar fonunda İranı ram etmiş olacaq".
Rəna Həsənova