Ölkədə jurnalistlərin maddi vəziyyəti nəzərə alınaraq MEDİA agentliyi reyestrdən keçən jurnalistlər üçün fürsət yaradır. Belə ki, jurnalistlər az faizlə mənzil sahibi ola biləcəklər.Bunun üçün isə iş stajı və reyestr önəmlidir. Bəs jurnalistlər nə zaman müraciət edə bilərlər?
Sorğumuza cavab olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) mətbuat katibi Namiq Mayılov Faktmedia.az-a bildirib ki, fevral ayından start verilib:
"Tək jurnalistlər deyil, güzəştli kateqoriyaya aid bütün vətəndaşlardan ipoteka kreditləri üçün müraciətlərin qəbuluna bu il fevralın 2-dən başlanılıb. Müraciətlər elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən qəbul edilir".
Rəna Həsənova