"Jurnaistlərin iş stajının hesablanmasında hansısa haqsızlıq ola bilməz, o da digər vətəndaşlar kimi əmək müqaviləsi çərçivəsində işlədikləri dövrlər müəyyən olunur".
Bunu Faktmedia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.
O bildirib ki, bu da “Əmək müqaviləsi bildirişi” altsistemində əksini tapır:
"Əvvəl bu sistem fərqli idi. Əsasən 2014-cü ilə qədər əmək kitabçasında yazılırdı. Media reyestri üçün bu da lazımdır. MEDİA agentliyi ilə nazirlik əməkdaşlıq etdiyi üçün müvafiq elektron informasiya sistemlərinin Agentliyin informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası təmin olunub".
Qeyd edək ki, məşhur jurnalistlər tez-tez sosial hesablarında iş stajlarının düzgün hesablanmadıqlarını bildirirlər. Bu halda isə jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə, stajlarını yenidən hesablatdıra bilərlər.
Rəna Həsənova