Biz dişimizi səhər durarkən yumağa adət etmişik. Boynumuza almasaq da bu belədir. Ya yumuruq, ya dasəhərlər yuyuruq. Lakin mütəxəssislər bildirir ki, qidalar gün ərzində toplanaraq dişlər üçün ən böyük fəlakətə çevrilirlər.
Bu barədə Faktmedia.az-a mövzunu şərh edən stomotoloq Füzuli Əliyev bildirib ki, şəkərli qidalar ağız boşluğundan daxil olduğu anda ağızda olan normal bakteriyalar şəkərlə qidalanaraq ağızda turş mühit yaradır:
"Turş mühit diş minasını zədələyir. Diş minasının altında dentin təbəqəsi yerləşir və burada çürüklər sürətlə inkişaf edir, nəticədə sinir, qan-damar zədələnməsinə səbəb olur".
Rəna Həsənova