"Millət vəkili Rüfət Quliyev. İsrail- Fələstin müharibəsinin Azərbaycan üçün təsir etmə potensialının mövcudluğunu zənn etmirəm".
Bu fikirləri Faktmedia.az-a deputat Rüfət Quliyev deyib:
"Bizim regionun öz dəsti-xətti var. Bütün dövlətlər, o cümlədən, İran "3+3" formatında Cənubi Qafqazın bütün problemlərinin həllinə razılaşdı. Əgər İran ilə İsrail arasında hansısa bir formada müharibə başlayarsa, o zaman Azərbaycan üçün problem yarana bilər. Başqa heç bir faktor bizim stabiliyyimizə, yəni Cənubi Qafqazın inkişafına maneçilik törədə bilməz",- deyə deputat əlavə edib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məsələsinə də aydınlıq gətirib.
Qurum bildirib ki, HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil.
Həmçinin vurğulanıb ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb: “Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər”.
Xatırladaq ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən səkkiz nəfəri azərbaycanəsillidir.
Rəna Həsənova