"10 noyabr 2020- ci il üçtərəfli bəyannaməsinə əsasən Rusiya sülhməramlıları Azərbaycan ərazisində hələ də qalmaqda olan separatçı rejimin hərbi dəstələri ilə Azərbaycan silahlı qüvvələri arasında yerləşdirilərək atəşkəs rejiminə riayət edilməsinə nəzarət etməli idi. Ancaq bu gün onların nəzarət etdikləri ərazidə separatçı rejim yoxdur və hər hansı bir separatçı rejim mövcud deyil".
Bunu Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat əlavə edib:
"Prinsip etibarilə artıq sülhməramlıların üzərinə qoyulan vəzifəni yerinə yetirməsi üçün situasiya yoxdur. Hesab edirəm ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Azərbaycandan çıxarıla bilər. Bu artıq Azərbaycan - Ermənistan- Rusiya arasında deyil, birbaşa Azərbaycanla Rusiya arasında danışıqlarda həll edilməlidir. Çünki Rusiya sülhməramlıları iki kontingent olsa da, artıq Azərbaycan ərazisində yerləşirlər və onların bundan sonrakı məsələsi Azərbaycanla Rusiya arasında danışıqlarda həll edilmlidir.Təsadüfi deyil ki, son günlər Rusiya sülhməramlıları vaxtilə qurduqları bir çox postları götürür və həmin ərazilərdə fəaliyyətlərini dayandırırlar.İkitərəfli Azərbaycan- Rusiya danışıqlarında vaxtından əvvəl Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması məsələsi müzakirə edilə bilər".
Rəna Həsənova