"Rusiya Azərbaycan ilə dövrü saziş imzalayıb, rus sülhməramlı missiya rəhbərinin Azərbaycan ərazisində separatçılıqla məşğul olan cinayətkarla görüşməsi həm Beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına ziddir".
Bunu Faktmedia.az-a hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiq sazişinə ziddir:
"Azərbaycanın terrorçu, separatçı hesab elədiyi şəxslər ilə Rusiya sülhməramlıların danışıqlar aparılması doğru deyil. Rusiya bir şey bilməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcəkdir. Ölkə ərazisini Beynəlxalq hüquqla, eləcə də dünyanın bütün ölkələri tanıyıb. 44 günlük vətən müharibəsində ərazilərimizi azad etdik, kiçik bir hissəsi separatçıların nəzarəti altındadır, qalan məsələni də bütünlükdə dövlətimiz həll edəcək".
Eksperrt əlavə edib ki, ilkin olaraq sülh yolla həll etmək istəyirik və 9 noyabr bəyanatına uyğun olaraq Rusiya qoşunları ora gələndə separatçılar ordan çıxıb getməliydi:
"Rusiya sülhməramlıların ordakı ərazilərdə Azərbaycan bayrağını qaldırmalıdır. Amma onlar bunu etmədilər. Azərbaycan silahlı qüvvələri özləri bu prosesi həyata keçirəcəkdir. Həm Müdafiə Nazirliyinin xüsusi təyinatlıların və daxili qoşunların, həm də Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ayrı ayrılıqda bu əməliyyatları həyata keçirməyə kifayət qədər gücü var".
Havar Şəfiyeva