"Nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlıları hələ ki, 10 noyabr 2020- ci il Azərbaycan-Rusiya-Ermənistan arasında bağlanmış müqavilənin öhdəliklərini yerinə yetirmirlər. Həmin müqavilənin 4-cü bəndinə əsasən Rusiya sülhməramlılarının Laçın dəhlizinə yerləşdirilməsi ilə, həmin bölgədə qeyri-qanuni yerləşən Ermənistana məxsus silahlı birləşmələrin, separatçıların çıxarılması işləri paralel aparılmalı idi".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə Ermənistan ordusu tərəfindən silah-sursatın daşınması məsələsinə münasibət bildirən zaman deyib.
Politoloq əlavə edib ki, həmin prosses hələ də təmin olunmayıb:
"Sülhməramlılar həmin bölgədə qeyri-qanuni olaraq SEPAH-çılara silah daşımaqla məşğuldur. Sülhməramlılar bu bölgədə öz öhdəliklərini yerinə yetirmir, əksinə, SEPAH-çılara dəstək olmaq istəyən xarici nümayəndələri və yaxud da İrandan gələn təlimatçıları həmin bölgədə yerləşdirməklə məşğuldur. Azərbaycan bununla bağlı konkret tədbirlər görəcəkdir. Azərbaycan silahlı qüvvələrinin və Azərbaycan Daxili İşlər Nazirliyinin antiterror əməliyyatının bu bölgədə fəaliyyətinin vaxtı çatıb. O bölgə erməni hərbi birləşmələrindən təmizlənməlidir. Bununla əlaqədar Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib, Azərbaycan XİN hər iki tərəfin - Ermənistan və Rusiyanın nəzərinə çatdırıb, eyni zamanda, cənab Prezident beynəlxalq görüşlərdə Azərbaycanın haqlı mövqeyini, 9-10 noyabr 2020 - ci il bəyanatından əmələ gələn öhdəliklərin tərəflərin yerinə yetirməməsi barəsində beynəlxalq ictimaiyyətə müraciət edib".
Politoloq hesab edir ki, biz yaxın günlərdə həmin bölgənin qeyri-qanuni hərbi birləşmələrdən təmizləndiyinin şahidi olacağıq:
"Bütün bunlara baxmayaraq Azərbaycan həmin bölgədə yerləşən erməni əsilli etnik vətəndaşları Azərbaycan vətəndaşı hesab edir. Bu yaxınlarda belə bir görüş də keçirilmişdi. Azərbaycan tərəfi separatçı rejimin nümayəndələri ilə erməni əsilli etnik Azərbaycan vətəndaşları ilə əlaqədar danışıqlar prossesnəi başlamalıdır. Azərbaycan öz himayəsini həmin bölgədən əskiltməyəcək. Azərbaycanda yaşayan bütün vətəndaşlara şamil olunan, Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlar, təminatlar həmin vətəndaşlara da şamil olunacaq".
Rəna Həsənova