"İlk növbədə onu deyim ki, MİDA evləri satışa çıxarmışdı, lakin bu prossesin düzgün aparılıb- aparılmamasına mən qiymət verə bilmərəm. Çünki, tanıdığım, müraciət edən yoldaşlardan bəziləri doğrudan da, kompüter bacarıqları yüksək olan vətəndaşlar mənzil ala bildilər. Yəni məlum olduğu kimi, həmin evlər ucuz olduğu üçün, həmin evlərə tələbat və maraq yüksəkdir".
Bu sözləri Faktmedia.az-a əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib:
Ekspert əlavə edib:
"Həmin evlərə tələbatın yüksək olması səbəbindən də, ona müraciət edənlərin sayı çoxdur. Amma, həmin evlərin daşınmaz əmlak bazarında payı çox kiçik olduğuna görə, qiymətlərin enməsinə birbaşa təsiri olmur. Doğrudur, hansısa kateqoriyadan olan, ona ehtiyacı olan, müraciət edən insanlar bu imkanlardan faydalana biliblər. Mən o prossesdə iştirak etməmişdim, lakin müraciət edənlər arasında tanıdığım insanlar var idi, hansı ki, ala bilmədi, bəziləri isə yüksək sürətli interneti olub, yüksək kompüter bacarığına malik olub və nəticə etibarilə tez bir zamanda mənzili əldə edə biliblər. Sadəcə, bu praktikanın özünü genişləndirmək lazımdır. Göründüyü kimi, xüsusən də gənc ailələrin bu kimi evlərə ehtiyacları var. Hesab edirəm ki, dövlət bu sahəyə daha da böyük maraq artıracaq və güzəştli kateqoriyalı insanlardan savayı, digər vətəndaşlara da, hətta kommersiya məqsədli olsa belə, ipoteka xarakterli evlərin əlçatanlığını yaxşılaşdırmaq üçün addımlar atılacaq. Konkret olaraq MİDA- nın tikdiyi evlər bazarda çox kiçik paya malik olduğu üçün qiymətlərə ciddi təsir göstərmir".
Rəna Həsənova