İndi hər kəs kitab yazır, hər kəs elmi vəsait çap etdirir. Əslində elə də problemli bir şey deyil. Kitab yazılırsa nə gözəl. Bəs bu elmi kitablara, vəsaitlərə nəzarət varmı?
Mövzunu barədə Faktmedia.az-a danışan “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov deyib.
Nəşriyyat direktoru bidirib ki, repetitorlar, müəllimlər tərəfindən yazılan tədris vəsaitləri heç kim tərəfindən yoxlanılmır:
"Burada məsuliyyət yalnız onların öz üzərinə düşür. Ən ciddi yoxlanılan nəşrlər Təhsil Nazirliyi tərəfindən buraxılan dərslik və digər vəsaitlərdir. Bu vəsaitlər bir neçə dəfə ekspertizadan keçir və yoxlanılır. Əgər vəsait nəşriyyat tərəfindən buraxılırsa, o zaman redaktorlar nəzarət edir. Lazım gəldikdə nəşriyyatlar elmi redaktorlar, pedaqoji- metodiki tərəfdən redaktə edən mütəxəssislər cəlb edirlər. Ayrıca müəlliflər tərəfindən buraxılan kitablar heç kim tərəfindən redaktə olunmur".
Rəna Həsənova