"Təbii ki, Azərbaycan silah tədarükünü artırmalıdır. Ordunun gücləndirilməsi davamlı və fasiləsiz bir prosses olmalıdır".
Bunu Faktmedia.az-a polotoloq Şahin Cəfərli Azərbaycan baş verən hadisələr fonunda silah ehtiyyatını artırmalıdırımı sualına cavab olaraq deyib.
Politoloq bildirib ki, birbaşa təhlükələrə məruz qalan və təhlükələrə məruz qalmayan dövlətlər də öz ordularını davamlı olaraq gücləndirirlər:
"Silah texnologiyaları inkişaf edir. Ordunun təchizatını davamlı olaraq yeniləmək, müasirləşdirmək, modernləşdirmək tələb olunur. Azərbaycan da öz silahlı qüvvələrini döyüşə hazır vəziyyətdə saxlamalı və təchizatını modernləşdirməlidir. Azərbaycan təhlükəli bir regionda yerləşir. Qonşularımızın kimlər olduğu hamıya məlumdur. Söhbət təkcə Ermənistandan getmir. İran kimi, Rusiya kimi təhlükəli, eyni zamanda hərbi baxımdan da güclü dövlətlərlə əhatə olunmuşuq. Bu baxımdan ordumuzun güclənməsi bir ehtiyacdır".
Şahin Cəfərli qeyd edib ki, istər Azərbaycanın rəhbərliyi, istərsə də toplum bu məsələdə həmrəydir:
"Azərbaycan Ordusunun bundan sonra da gücləndirilməsi prioritet məsələlərdən biri olmalıdır".
Rəna Həsənova