Lənkəran şəhərində hələ də "PAZ" avtobuslarının fəaliyyət göstərməsi dövr üçün yaraşmayan haldır. Hələ 50 il bundan qabaq istismar müddətini başa vurmuş avtobuslar şəhərin görünüşünə də xələl gətirir. Maraqlıdır ki, Lənkəranın nəqliyyat parkında birdənə də olsun sərnişindaşıma üçün müasir tipli avtobuslar ayrılmayıb. Kəndlərə, eləcə də şəhərin mərkəzində sınıq-salxaq avtobuslar şütüyür. Axı bu nə xanın şəhərinə, nə də qonaqpərvər Lənkəran camaatına yaraşan deyil. İcra və deputat və bu məsələyə aid olan qurumlar yaraşdırırsa ayrı məsələ...
Faktmedia.az-a bu barədə Milli Məclisdə 73 saylı Lənkəran şəhər seçki dairəsini təmsil edən Rüfət Quliyevə sorğu ünvanlayıb. Deputat belə cavab verib
"Bütün sərnişin daşınan avtobusların texniki parkı tədricən yenilənəcək. Əsas problemlər, yaranan tıxaclar, sərnişinlərin narazılıqları ən çox Bakıdadır. Araşdırdığım bir faktı nəzərinizə çatdırım ki, Bakıda 1350 sərnişin avtobusundan təxminən 200-ə yaxını işlək vəziyyətdə deyildi. Bu ötən ilin fakt göstəricisidir. Şükürlər olsun ki, BNA tam bütün məsələləri Bakı Şəhər İçra Hakimiyyətinə və intellektual idarəetmə ilə bağlı Daxili İşlər Nazirliyinə təhvil verib. Mən Bakı İcra Hakimiyyətinə müraciət etmişəm. İlk öncə 200-ə yaxın texniki cəhətdən nasaz avtobuslar ehtiyyat hissələri ilə təmin olunub işlək vəziyyətə gətiriləcək. Paytaxtda taksilərlə bağlı yeni bir qanun da qəbul olunacaq, Bakı meriyası artıq bununla məşğuldur. Paytaxtda bütün bu işlər səhmana salındıqdan sonra tədricən rayonlarda da bu məsələlər qaydasına düşəcək, insanlar komfortlu avtobuslardan istifadə edə biləcəklər".
Rəna Həsənova